Bakıda stolüstü tennis üzrə ölkə kuboku keçiriləcək
21.11.2026 - 14:45
Bakıda stolüstü tennis üzrə ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər ölkə kuboku uğrunda mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, yarışda Bakı ilə yanaşı, digər şəhər və rayonların idmançıları da iştirak edəcəklər.

Noyabrın 23-də “Şüa İdman Sağlamlıq Kompleksi”ndə start götürəcək turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər müəyyənləşəcək. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq.

Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, Stolüstü Tennis Federasiyasının isə mükafatları təqdim olunacaq.