Argentinalı “Real”ın yeni idman direktoru təyin olundu
21.12.2023 - 21:30
Argentinalı “Real”ın yeni idman direktoru təyin olundu

 

"Real"ın keçmiş yarımmüdafiəçisi və sabiq baş məşqçisi Santyaqo Solari Madrid klubunun idman direktoru vəzifəsinə təyin olunub.

 Apasport.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Solari 2000-2005-ci illərdə "Real"da çıxış edib. O, oyunçu kimi komanda ilə birlikdə ikiqat İspaniya çempionu və 2001/02-ci illərdə Çempionlar Liqasının qalibi olub. Argentinalı mütəxəssis 2018-2019-cu illərdə Madrid komandasında baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında "Kral klubu" 2018-ci ildə klublararası dünya çempionu olub.

 Qeyd edək ki, Solari futbol direktoru vəzifəsində Manuel Fernandesi əvəz edib.

 

0