"Barselona" liderliyini davam etdirir
22.03.2026 - 19:38
"Barselona" liderliyini davam etdirir

İspaniya La Liqasında XXIX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün "Barselona" meydana çıxıb. 

Komanda "Rayo Valyekano"nu qəbul edib. Hesab ilk hissədə açılıb. Ronald Arauxo fərqlənib.

İkinci yarıda tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib.

"Barselona" bu qələbə ilə xallarının sayını 73-ə çatdırıb. Komanda "Real"la xal fərqini 7-yə yüksəldib.