Benzema: “Betis”lə matçda azarkeşlərimizi sevindirməliyik”
20.05.2022 - 14:19
Benzema: “Betis”lə matçda azarkeşlərimizi sevindirməliyik”

“Mən komandamla çox fəxr edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Real”ın futbolçusu Kərim Benzema deyib.

Fransalı hücumçu La Liqanın sonuncu turunun “Betis”lə bugünkü matçına iddialı çıxacaqlarını bildirib: “Bizim üçün çox vacib bir ay idi. İspaniya çempionuyuq. Amma Çempionlar Liqasının finalına yaxşı hazırlaşmaq üçün yaxşı oynamağa davam etməliyik. Komandaya daha çox özünəinam qazanmaq lazımdır. Biz “Betis”lə evdə oynayırıq və  stadiona gələn azarkeşlərimizi sevindirməliyik. Bizim üçün ən vacib olanı budur. Biz “Betis”ə qalib gəlməyə çalışmalıyıq”.


 

0