"Beşiktaş" növbəti mərhələdə
25.02.2025 - 18:28
"Beşiktaş" növbəti mərhələdə

Türkiyə Kubokunda D qrupunun növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, III turda "Beşiktaş" meydana çıxıb.

Komanda səfərdə "Antalyaspor"la qarşılaşıb.

3 qolun vurulduğu matçda "Qara qartal" qələbə qazanıb. İstanbul təmsilçisinin heyətində Keni Arroyo və Rafa Silva fərqləniblər.

Antalya təmsilçisinin heyətində isə Deni Miloşeviç adını tabloya yazdırıb.

Qeyd edək ki, "Beşiktaş" 9 xalla qrupu lider kimi başa vurub. Komanda pley-off mərhələsinə yüksəlib.

Türkiyə Kuboku
III tur
25 fevral

"Antalyaspor" - "Beşiktaş" 1:2