"Borussiya"dan böyükhesablı qələbə
14.02.2026 - 01:53
"Borussiya"dan böyükhesablı qələbə

Almaniya Bundesliqasında XXII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

"Borussiya" "Maynts"ı qəbul edib. Dortmunda təmsilçisi görüşü üstün tamamlayıb. Komanda Serj Qirassinin dublu və Maksimilian Belerin qolları ilə ilk hissəni öndə tamamlayıb. 

İkinci yarıda Rami Bensebayni fərqi 4 topa çatdırıb. Qonaqların səylərinə baxmayaraq matçda hesab dəyişməyib - 4:0.

Qeyd edək ki, "Borussiya" 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda yalnız "Bavariya"dan 3 xal geri qalır.