Bundesliqa: Liderdən xal itkisi
14.12.2025 - 22:35
Bundesliqa: Liderdən xal itkisi

Almaniya Bundesliqasında XIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Frayburq" öz meydanında "Borussiya Dortmund"la üz-üzə gəlib.

2 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Lider "Bavariya" da bu tur xal itkisi ilə üzləşib. Komanda öz meydanında "Maynts"la bacarmayıb - 2:2.