Diniyev oynadı, komandası qələbə qazandı
13.04.2025 - 23:53
Diniyev oynadı, komandası qələbə qazandı

Futbol üzrə Türkiyə I Liqasında XXXIV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin şərəfini qoruduğu "Çorum" doğma meydanda "Manisaspor" ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Qeyd edək ki, XXXIV turdan sonra 51 xal toplayan "Çorum" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.