“Everton” “Qudison Park”la qələbə ilə vidalaşdı
18.05.2025 - 19:26
“Everton” “Qudison Park”la qələbə ilə vidalaşdı

İngiltərə Premyer Liqasında XXXVII turun görüşləri davam edir. 

Apasport.az xəbər verir ki, günün ilk matçında "Everton" öz meydanında "Sounthempton"la qarşılaşıb.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu matç, həmçinin ‘Everton’un ‘Qudison Park’da keçirdiyi son ev oyunu olub. Komanda gələn mövsümdən etibarən rəqiblərini ‘Hill Dikinson’ stadionunda qəbul edəcək.

Turun digər görüşündə isə "Vest Hem" öz meydanında "Nottingem Forest"ə 1:2 hesabı ilə məğlub olub.

İngiltərə Premyer Liqası
XXXVII tur

15:00. “Everton” - “Sounthempton” - 2:0
17:15. “Vest Hem” - “Nottingem Forest” - 1:2