Eyni liqanın ən bahalı 8 TRANSFERİ
08.07.2022 - 17:12
Eyni liqanın ən bahalı 8 TRANSFERİ

Transfer dönəmində eyni liqada bir klubdan digərinə keçən ən bahalı futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu baxımdan İngiltərə Premyer Liqası xüsusi fərqlənir.

Təsadüfi deyil ki, siyahıda yer alan 8 oyunçudan 4-ü İngiltərə daxilində klub dəyişib. Zirvədə isə Kilian Mbappe yer alır. Fransa millisinin üzvü “Monako”dan PSJ-yə 180 milyon avroya keçib.

1. Kilian Mbappe (Fransa Liqa1-i)
"Monako"dan PSJ-yə - 180 milyon avroya

2. Antuan Qrizmann (İspaniya La Liqası)
"Atletiko"dan "Barselona"ya - 120 milyona

3. Cek Qriliş (İngiltərə Premyer Liqası)
"Aston Villa"dan "Mançester Siti"yə - 117,5 milyona

4. Qonsalo İquain (İtaliya A seriyası)
"Napoli"dən "Yuventus"a - 90 milyona

5. Harri Maquayr (İngiltərə Premyer Liqası)
"Lester"dən "Mançester Yunayted"ə - 87 milyona

6. Romelu Lukaku (İngiltərə Premyer Liqası)
"Everton"dan "Mançester Yunayted"ə - 84,7 milyona

7. Vircil van Deyk (İngiltərə Premyer Liqası)
"Sauthempton"dan "Liverpul"a - 84,6 milyona

8. Duşan Vlahoviç (İtaliya A seriyası)
"Fiorentina"dan "Yuventus"a - 81,6 milyona


 

0