“Fiorentina” evdə, “Empoli” səfərdə məğlub oldu
16.02.2025 - 19:57
“Fiorentina” evdə, “Empoli” səfərdə məğlub oldu

İtaliya A Seriyasında XXV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Fiorentina" evində "Komo" ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında "Udineze" "Empoli"ni 3 cavabsız qolla məğlub etməyi bacarıb.

İtaliya A Seriyası
XXV tur

15:30. “Fiorentina” - “Komo” - 0:2
18:00. “Monza” - “Leççe” - 0:0
18:00. “Udineze” - “Empoli” - 3:0