İstanbul derbisində sevinən tərəf “Fənər” oldu - TARİXDƏ İLK DƏFƏ
02.11.2025 - 23:02
İstanbul derbisində sevinən tərəf “Fənər” oldu - TARİXDƏ İLK DƏFƏ

Türkiyə Super Liqasında XI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Konyaspor” öz meydanında “Samsunspor”u qəbul edib.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün mərkəzi qarşılaşmasında isə “Beşiktaş” evdə “Fənərbaxça”nı sınağa çəkib. Gərgin keçən oyunda azarkeşlər beş qola şahidlik ediblər. Qarşılaşma “sarı-lacivərdlilər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Fənərbaxça” tarixində ilk dəfə “Beşiktaş”ı iki top geridən gələrək məğlub etməyi bacarıb.

Türkiyə Super Liqası
XI tur
15:30. "Konyaspor" - "Samsunspor" - 1:3
18:00. "Kayserispor" - "Kasımpaşa" - 3:2
21:00. "Beşiktaş" - "Fənərbaxça" - 2:3
Qollar: E. B. Ture, 5, E. Topçu, 22 - İ. Yüksek, 32, M. Asensio, 45+3, C. Duran, 83