Kerem vurdu, “Benfika” heç-heçə etdi
10.05.2025 - 23:57
Kerem vurdu, “Benfika” heç-heçə etdi

Portuqaliya Liqasında XXXIII turun görüşləri davam edir. 

Apasport.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan iki komanda - "Benfika" "Sportinq"lə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ev sahiblərinin yeganə qolunu Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu vurub.

Qeyd edək ki, hər iki komanda turnir cədvəlində topladıqları 79 xalla 1-ci və 2-ci yerləri bölüşürlər.