Kiçik əmsallara BÖYÜK MƏRC
10.03.2023 - 17:04
Kiçik əmsallara BÖYÜK MƏRC

Avrokubokların bu həftə keçirilən oyunları daha bir proqnozsevərin böyük uduşu ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorunun müştərisi böyük məbləğlə risk edib.

O, Avropa Liqası və Konfrans Liqasının matçlarına mərc gəlib. 1/8 finalın ilk görüşlərinə ehtiyatlı yanaşan better bütün görüşlərdə aşağı əmsallı variantlara üstünlük verib.

Bu üzdən 6 oyunluq ekspressin ümumi əmsalı 8,266-ya bərabər olub. Proqnozsevər hakimlərin start fitindən 7 dəqiqə sonra canlıda mərc edib.

O, bu kupona 100 min rubl (2 min 240 manat) qoyub. Bütün ehtimalları doğrulan better 826 min 600 rubl (18 min 515,84 manat) uduşa sahib çıxıb.

“Union” Berlin – “Union” Sent-Jilloaz – 3:3 (1-ci komanda 1 Üst – 1,55 əmsal)
“Sportinq” – “Arsenal” – 2:2 (1-ci komanda 0,5 Üst – 1,60 əmsal)
“Roma” – “Real Sosyedad” – 2:0 (1,5 Üst – 1,75 əmsal)
AEK – “Vest Hem” – 0:2 (2-ci komanda 0,5 Üst – 1,20 əmsal)
“Şerif” – “Nitsa” – 0:1 (2-ci komanda 0,5 Üst – 1,28 əmsal)
“Anderlext” – “Vilyarreal” – 1:1 (2-ci komanda 0,5 Üst – 1,24 əmsal)

0