La Liqa: “Osasuna” səfərdən 1 xalla qayıdıb
25.05.2025 - 01:56
La Liqa: “Osasuna” səfərdən 1 xalla qayıdıb

İspaniya La Liqasında XXXVIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Selta" səfərdə "Xetafe" ilə üz-üzə gəlib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında isə "Osasuna" "Alaves"lə 1:1 hesablı heç-heçəyə razı olub.

İspaniya La Liqası
XXXVIII tur

23:00. "Xetafe" - "Selta" - 1:2
23:00. "Rayo Valyekano" - "Malyorka" - 0:0
23:00. "Alaves" - "Osasuna" - 1:1