La Liqa: “Real”dan inamlı qələbə
05.10.2025 - 00:58

İspaniya La Liqasında VIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Real Ovyedo" öz meydanında "Levante"ni qəbul edib.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Real Madrid" isə evində "Vilyareal"ı 3:1 hesabı ilə məğlub edib.
İspaniya La Liqası
VIII tur
16:00. "Real Ovyedo" - "Levante" - 0:2
18:15. "Jirona" - "Valensiya" - 2:1
20:30. "Atletik" - "Malyorka" - 2:1
23:00. "Real Madrid" - "Vilyareal" - 3:1
0
0