"Liverpul"dan çempionluq yolunda ciddi xal itkisi
20.02.2025 - 02:31
"Liverpul"dan çempionluq yolunda ciddi xal itkisi

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün lider "Liverpul" meydana çıxıb.

Komanda "Aston Villa"nın qonağı olub. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. 

Mersisaydlıların heyətində Məhəmməd Salah və Trent Aleksandr-Arnold fərqlənib. Meydan sahiblərinin qollarına isə Yuri Tilemans və Olli Uotkins imza atıb.

Heç-heçə ilə xal hesabını 61-ə çatdıran "Liverpul" liderliyini davam etdirir. Onu 53 xalla "Arsenal" izləyir.