“Mançester Siti” və “Tottenhem”dən 5 qollu qələbə
02.09.2023 - 23:11
“Mançester Siti” və “Tottenhem”dən 5 qollu qələbə

Bu gün İngiltərə Premyer Liqasının 4-cü turunun altı oyunu keçirilib.

Apasport.az saytı xəbər verir ki, “Mançester Siti” və “Tottenhem” böyükhesablı qələbələr  qazanıblar.

Hər iki komanda rəqib qapısından 5 top keçirib. Erlinq Halland və Son “het-trik”lə yadda qalıb. Son çempion ardıcıl 4-cü qələbəsini qazanaraq, vahid lider mövqeyini qoruyub. “Tottenhem” iki pillədə qərarlaşıb.

“Brayton” uğurlu startı davam etdirir. Komanda bu dəfə “Nyukasl”a qalib gəlib. Qonaqlar isə ardıcıl üçüncü oyunda uduzublar.

İngiltərə Premyer Liqası
4-cü tur
2 sentyabr

“Şeffild Yunayted” – “Everton” – 2:2
“Brentford” – “Bornmut” – 2:2
“Bernli” – “Tottenhem” – 2:5
“Çelsi” – “Nottingem” – 0:1
“Mançester Siti” – “Fulhem” – 5:1
“Brayton” – “Nyukasl” – 3:1
 

0