Mbappesiz “PSJ” qaldığı yerdən davam edir
17.08.2024 - 01:17
Mbappesiz “PSJ” qaldığı yerdən davam edir

Fransa Liqasının açılış matçında "Havr" "PSJ"-ni qəbul edib.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdə böyük hesablı qələbəyə sevinib.

"Havr"ın yeganə qolunu görüşün 48-ci dəqiqəsində Q. Lloris vurub. Qonaqların heyətində isə Kanq-in Li, Ousmane Dembele, Bredli Barkola və Randal Kolo Muani (pen) fərqləniblər.

Qeyd edək ki, sabah liqada daha iki oyun keçiriləcək. "Reyms" evdə "Lill"i, "Monako" isə Liqa 1-ə yeni yüksələn "Sent-Etyen"i qəbul edəcək.

 

0