Milan əsas müdafiəçisini itirdi
06.11.2023 - 22:03
Milan əsas müdafiəçisini itirdi

 

"İnter" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Milan təmsilçisinin futbolçusu Benjamin Pavar zədələnib.

O, İtaliya A Seriyasının 11-ci turunun "Atalanta" ilə səfər matçında sıradan çıxıb.

Fransalı müdafiəçi ilk hissədə zədə səbəbindən  meydanı xərəkdə tərk edib. Bu gün səhər tibbi müayinədən sonra Pavara diz oynağının burxulması diaqnozu qoyulub. Onun dizindən əməliyyata ehtiyacı yoxdur, ancaq təxminən bir ay gips taxmaq məcburiyyətində qalacaq. 

Qeyd edək ki, bu mövsüm Benjamin Pavar "İnter"in heyətində 10 matç keçirib.

0