“Milan” “İnter”ə çatmaq arzusunda
20.05.2022 - 17:49
“Milan” “İnter”ə çatmaq arzusunda

Mayın 22-də İtaliya A seriyasında 2021/22 mövsümünün çempionu bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, qalib adına “Milan” və “İnter” iddia edir.

Hər iki komanda üçün çempionluq əlamətdar olacaq. “İnter” yubiley – 20-ci uğurunu əldə etməyə çalışır. “Milan” isə 19-cu qızılla həmşəhərlilərinə çatacaq.

İlk dəfə 1898-ci ildə təşkil olunan yarışda indiyədək 16 komanda çempion adını qazanıb. Rekord “Yuventus”a məxsusdur – 36 dəfə.

1. “Yuventus” - 36
2. “İnter” – 19
3. “Milan” – 18
4. “Cenoa” – 9
5-7. “Torino” – 7
“Bolonya” – 7
“Vercelli” – 7
8. “Roma” – 3
9-11. “Napoli” – 2
“Latsio” – 2
“Fiorentina” – 2
12-16. “Kalyari” – 1
“Kazale” – 1
“Novese” – 1
“Verona” – 1
“Sampdoriya” - 1
 

0