Millimizin üzvü fərqləndi, komandası məğlub oldu
28.09.2025 - 09:23

Albaniya çempionatında V turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Bilis"lə üz-üzə gəlib.
Matçda İsgəndərlinin komandası 1:3 hesabı ilə uduzub.
Meydana start heyətində çıxan azərbaycanlı vinger 20-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub. Matçın 61-ci dəqiqəsində isə İsgəndərli əvəzlənib.
Qeyd edək ki, "Partizani" 4 xalla 8-ci pillədə qərarlaşıb.
0
0