Murad Musayevin komandası ilk dəfə Rusiya çempionu olub
24.05.2025 - 19:52
Murad Musayevin komandası ilk dəfə Rusiya çempionu olub

Rusiyanın "Krasnodar" klubu ilk dəfə ölkə çempionu olub.

Apasport.az xəbər verir ki, komanda paytaxtın "Dinamo" komandasını məğlubiyyətə uğradaraq Rusiya çempionluğunu elan edib.

"Krasnodar" bununla Sankt-Peterburqun "Zenit" klubunun uzun müddət davam edən hegemonluğuna son qoymağı bacarıb.

Qeyd edək ki, ölkəmizdə "Sabah"da işləmiş Murad Musayev "Krasnodar"ın baş məşqçisi kimi karyerasının ən böyük uğuruna imza atıb.