“Nottingem Forest”dən çətin qələbə
19.08.2023 - 00:46
“Nottingem Forest”dən çətin qələbə

İngiltərə Premyer Liqasının ikinci turu “Nottingem Forest” – “Şeffild Yunayted” matçı ilə başlayıb.

Apasport.az saytı xəbər verir, oyun meydan sahiblərinin qələbəsi ilə başlayıb. 

İlk turda uduzan komandaların görüşündə “Nottingem Forest” çətinliklə 3 xal qazanıb. Oyuna sonradan daxil olan Kris Vud 89-cu dəqiqədə qələbə topunun müəllifi olub.

Qeyd edək ki, turun növbəti qarşılaşmaları bu gün və sabah baş tutacaq. 

İngiltərə Premyer Liqası
2-ci tur
18 avqust

“Nottingem Forest” – “Şeffild Yunayted” – 2:1

0