Premyer Liqa: “Arsenal” “Tottenhem”i darmadağın edib
23.11.2025 - 22:23
Premyer Liqa: “Arsenal” “Tottenhem”i darmadağın edib

İngiltərə Premyer Liqasının XII turunda oyunlar davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Lids” öz meydanında “Aston Villa” ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyununda isə “Arsenal” evdə “Tottenhem”i qəbul edib. Ebereçi Ezenin het-trik etdiyi matçda “topçular” rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

Qeyd edək ki, “Arsenal” hazırda 29 xalla turnir cədvəlinə başçılıq edir. “Tottenhem” isə 18 xalla doqquzuncu pillədə qərarlaşıb.