Premyer Liqa: “Everton” turu bir xalla başa vurub
27.01.2026 - 01:54
Premyer Liqa: “Everton” turu bir xalla başa vurub

İngiltərə Premyer Liqasında XXIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün bir qarşılaşma baş tutub.

"Everton" azarkeşləri önündə "Lids"lə üz-üzə gəlib.

Gərgin keçən görüşdə qalib müəyyənləməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.