Premyer Liqa: Liderdən darmadağın
31.01.2026 - 23:32
İngiltərə Premyer Liqasında XXIV tura start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında lider "Arsenal" səfərdə "Lids"lə üz-üzə gəlib.
Qonaqlar rəqibini 4 cavabsız qolla məğlub edib - 4:0.
"Çelsi" isə evdə autsayder "Vest Hem"lə qarşılaşıb. Gərgin keçən oyunda "zadəganlar" rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
İngiltərə Premyer Liqası
XXIV tur
19:00. "Vulverhempton" - "Bornmut" - 0:2
19:00. "Lids" - "Arsenal" - 0:4
19:00. "Brayton" - "Everton" - 1:1
21:30. "Çelsi" - "Vest Hem" - 3:2
1
0