Premyer Liqa tarixinə düşdü
21.05.2022 - 17:53
Premyer Liqa tarixinə düşdü

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu mükafatı Kevin de Bruyne qazanıb.

“Mançester Siti”nin yarımmüdafiəçisi ikinci dəfə bu titulu əldə edib. O, 2019/20 mövsümündə də bunu bacarıb.

Kevin Premyer Liqada mövsümün futbolçusu adını 1 dəfədən artıq qazanan 4-cü oyunçudur. Onadək Tyerri Anri, Kriştiano Ronaldo və Nemanya Vidiç bunu bacarıb.
 

0