Premyer Liqa: “Yunayted”dən minimalhesablı qələbə
27.12.2025 - 01:56
Premyer Liqa: “Yunayted”dən minimalhesablı qələbə

İngiltərə Premyer Liqasında XVIII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Mançester Yunayted" öz meydanında "Nyukasl"la üz-üzə gəlib.

Gərgin keçən matçın taleyini 1 qol həll edib. Patrik Dorqunun 24-cü dəqiqədə vurduğu qolla "qırmızı şeytanlar" turu qələbə ilə başa vurub.