“Qalatasaray” qrup lideri ola bilmədi
27.02.2025 - 22:10

Türkiyə kubokunda III mərhələnin oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün ölkə çempionatının lideri "Qalatasaray" xal itirib.
Komanda "Konyaspor"u qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb.
Bununla da, "sarı-qırmızılılar" C qrupunda liderlik şanslarını itirib və ikinci pillədə qərarlaşıb.
0
0