“Roma” səfərdə, “Latsio” evində qələbə qazandı
09.02.2025 - 19:55

İtaliya A Seriyasında XXIV turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, “Roma” səfərdə “Venezia” ilə qarşılaşıb.
Paulo Dibalanın vurduğu qol “qurdlar”a qələbə qazandırıb – 1:0.
Turun digər matçında isə “Latsio” evdə “Monza”nı sınağa çəkib.
Meydan sahibləri rəqibini 5:1 hesabı ilə məğlub etməyi bacarıb.
İtaliya A Seriyası
XXIV tur
15:30. “Venezia” – “Roma” – 0:1
18:00. “Kalyari” – “Parma” – 2:1
18:00. “Latsio” – “Monza” – 5:1
0
0