Ronaldo bu dəfə het-trik etdi
26.02.2023 - 00:24
Ronaldo bu dəfə het-trik etdi

"Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanın çempionatının XVIII turunda "Damuk"a qarşı səfər matçında (3:0) het-trik edib.

Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23 və 44-cü dəqiqələrdə fərqlənib. O, komandasının hər 3 qolunun müəllifi olub. Bununla da onun Səudiyyə Ərəbistanı çempionatında vurduğu qolların sayı 8-ə çatıb.

Qeyd edək ki, Kriştianu Ronaldo daha əvvəl "Əl-Vəhda" ilə görüşdə (4:0) poker etmişdi, "Əl-Fateh"lə oyunda isə 1 qol vurmuşdu.

0