Super Liqa: “Beşiktaş” turu qalib başa vurdu
15.03.2026 - 23:06
Türkiyə Super Liqasında XXVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün 3 qarşılaşma baş tutub.
"Kasımpaşa" öz meydanında "Eyüpspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında "Beşiktaş" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. "Qara qartallar" rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0.
"Samsunspor" isə evdə autsayder "Kayserispor"u 2:1 hesabı ilə üstələməyi bacarıb.
0
0