Super Liqa: “Beşiktaş”dan növbəti xal itkisi
08.12.2025 - 23:03
Super Liqa: “Beşiktaş”dan növbəti xal itkisi

Türkiyə Super Liqasında XV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.

“Alanyaspor” öz meydanında “Antalyaspor”u qəbul edib. Görüş qol vurulmadan - 0:0 hesabı ilə başa çatıb.

Turun digər matçında isə “Beşiktaş” doğma azarkeşləri önündə “Qaziantepspor”la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda 4 qol qeydə alınıb. Lakin qalib müəyyənləşməyib və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.