“Udineze” evində, “Verona” səfərdə qalib gəldi
01.02.2025 - 20:13
“Udineze” evində, “Verona” səfərdə qalib gəldi

İtaliya A Seriyasının XXIII turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Udineze” doğma meydanda autsayder “Venezia”nı sınağa çəkib.

Qarşılıqlı qollarla keçən görüşdə sevinən tərəf ev sahibi olub – 3:2.

Turun digər matçında “Verona” səfərdə “Monza” səddini 1 qolla keçib – 1:0

İtaliya A Seriyası 
XXIII tur

18:00. “Monza” – “Verona” – 0:1
18:00. “Udineze” – “Venezia” – 3:2

0