Universal UDUŞ
20.02.2023 - 16:38
Universal UDUŞ

Bukmeker kontorlarında universal uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər birdən-birə dörd fərqli idman növünə mərc edib.

10 oyuna proqnoz verən better futbol, hokkey, tennis və kiberidman matçlarını seçib. O, bu qarışıq kupona 15 min rubl (343,5 manat) yatırıb.

Ümumilikdə ekspressin əmsalı o qədər də yüksək olmayıb. Amma 40,03 əmsallıq qarışıq kupon dəqiqliyi ilə müştərini sevindirib. Better 600 min 168 rubl (13 min 743,84 manat) uduşa sahib çıxıb.

0