ÜSTsevərlərin liqası
17.06.2022 - 16:51
ÜST sevərlərin liqası

Gələn həftə İslandiya çempionatında X turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, şimal ölkəsinin çempionatı yay günlərində mərc həvəskarlarının sevimli liqasına çevrilib.

İslandiya çempionatı ən çox Üst gələn yarışlardan biridir. Mövsümün arxada qalan hissəsində 110 oyun baş tutub.

Bunun da 76-da Üst gəlib. Bu, bütün matçların 69 faizidir.

Yalnız 34 qarşılaşmada Alt olub. Bu da ki, cəmi 31 faiz deməkdir.
 
12 iştirakçının hamısında Üst olan oyunların sayı daha çoxdur. Hamıdan öncə isə “Vikinqur”dur. 10 matça çıxan komanda yalnız bir dəfə Alt-la kifayətlənib. “Breydablik” isə 9 qarşılaşmadan birində Üst-süz qalıb.

komanda

Üst

Alt

Vikinqur

9

1

Breydablik

8

1

Valyur

7

2

Keflavik

7

3

Fram

7

2

Hafnarfyordur

7

2

Akranes

6

3

Styarnan

5

4

Leyknir

5

4

Reykyavik

5

4

Akyureyri

5

4

Vestmannaeyar

5

4

0