“Yunayted”dən 6-cı oyunda 5-ci qələbə
24.02.2026 - 02:02
“Yunayted”dən 6-cı oyunda 5-ci qələbə

İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son matç Liverpulda keçirilib.

"Everton" "Mançester Yunayted"lə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Benjamin Şeşko "qırmızı şeytanlar"a qələbə qazandıran topun müəllifi olub - 1:0.

Qeyd edək ki, xallarının sayını 48-ə çatdıran "Yunayted" 4-cü pillədə yerini möhkəmlədib.