“Yuventus” “Şaxtyor”un futbolçusuna “elçi” düşüb
16.12.2023 - 23:30
“Yuventus” “Şaxtyor”un futbolçusuna “elçi” düşüb

“Yuventus” Ukrayna millisinin futbolçusu Georgi Sudakovu transfer etmək istəyir.

Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu artıq Donetsk “Şaxtyor”unun futbolçusunun nümayəndələri ilə danışıqlar aparır. “Yuventus”un oyunçu üçün 25 milyon avro ödəməyə hazır olduğu bildirilir.

 

Qeyd edək ki, Sudakov cari mövsüm “Şaxtyor”un heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

0