Vaqif Cavadov yeni klubunun heyətində debüt edə bilmədi
25.01.2015 - 19:33
Türkiyə PTT I Liqasının XVII turunun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Vaqif Cavadovun qış “tranfer pəncərəsi”ndə “Qaziantep BB”in heyətindən keçdiyi “Boluspor” “Orduspor”la qarşılaşıb.
Bolu təmsilçisi 3 xalı 3 qolla əldə edib - 3:1. Bu görüşdə təmsilçimiz yeni klubunun heyətində debüt edə bilməyib. O, “18-liy”ə belə daxil edilməyib.
Qeyd edək ki, 17 oyundan sonra “Boluspor” 20 xalla turnir cədvəlində 11-ci yerdədi.
0
0