AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, daha 3 qrupda 8 qarşılaşma baş tutub.
Belə ki, Almaniya səfərdə Gürcüstannın qonağı olub. Bundestim təmsilçisi 0:2 hesabı ilə qalib gəlib.
Bu qarşılaşma eyni zamanda Bakının “İnter” klubunu da çalışdıran Kaxaber Sxadadzenin millidə ilk seçmə oyunu olub. O, paytaxt təmsilçisindən 3 futbolçu – Baçana Sxadadze, Laşa Salukvadze və Aleksandr Amisulaşvilini dəvət edib. Təcrübəli çalışdırıcı yalnız sonuncuya şans versə də, müdafiəçi 4-cü dəqiqədə zədə səbəbindən meydandan əvəzlənib.
D qrupunun lideri Polşa İrlandiyaya səfər edib. Görüşdə hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb – 1:1.
Rumıniya Farer adalarını 1:0, Şimali İrlandiya Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Macarıstan – Yunanıstan matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.
Albaniya evdə Ermənistana gücünü göstərib. Meydan sahibləri hesabda geri olmasına baxmayaraq, əzmkar qələbə (2:1) qazanıb.
Bu görüşdə “Qarabağ”ın futbolçusu Ansi Aqolli də iştirak edib. Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqə forma geyinib.
Portuqaliya Serbiya ilə münasibətlərinə aydınlıq gətirib. Fernandu Santuşun yetirmələri 2:1 hesablı qələbəyə sevinib.
AVRO-2016-nın seçmə mərhələsi, V tur
29 mart
Dqrupu
Gürcüstan – Almaniya - 0:2
Qollar: Roys, 39, Müller, 45
Şotlandiya – Cəbəllütariq - 6:1
Qollar: Maloney, 18; 34-pen, Fletçer, 29; 77; 90, Naysmit, 39 – Kaskyaro, 20
İrlandiya – Polşa - 1:1
Qollar: Lonq, 90+1 - Peszko, 26
1. |
Polşa |
5 |
3 |
2 |
0 |
16:3 |
11 |
2. |
Almaniya |
5 |
3 |
1 |
1 |
9:4 |
10 |
3. |
Şotlandiya |
5 |
3 |
1 |
1 |
11:5 |
10 |
4. |
İrlandiya |
5 |
2 |
2 |
1 |
11:4 |
8 |
5. |
Gürcüstan |
5 |
1 |
0 |
4 |
4:9 |
3 |
6. |
Cəbəllütariq |
5 |
0 |
0 |
5 |
1:27 |
0 |
F qrupu
Rumıniya – Farer adaları - 1:0
Qol: Keseru, 21
Şimali İrlandiya – Finlandiya - 2:1
Qollar: Lafferty, 33; 38 - Sadiqk, 90+1
Macarıstan – Yunanıstan - 0:0
1. |
Rumıniya |
5 |
4 |
1 |
0 |
7:1 |
13 |
2. |
Ş İrlandiya |
5 |
4 |
0 |
1 |
8:4 |
12 |
3. |
Macarıstan |
5 |
2 |
2 |
1 |
4:3 |
8 |
4. |
Finlandiya |
5 |
1 |
1 |
3 |
5:7 |
4 |
5. |
Farer adaları |
5 |
1 |
0 |
4 |
2:7 |
3 |
6. |
Yunanıstan |
5 |
0 |
2 |
3 |
1:5 |
2 |
İ qrupu
Albaniya – Ermənistan - 2:1
Qollar: - Mavray, 77, Qaşi, 81 - Movsisyan, 4
Portuqaliya – Serbiya - 2:1
Qollar: Karvalyo, 11, Koentrao, 63 - Matiç, 61
1. |
Portuqaliya |
4 |
3 |
0 |
1 |
4:2 |
9 |
2. |
Danimarka |
4 |
2 |
1 |
1 |
6:4 |
7 |
3. |
Albaniya |
4 |
2 |
1 |
1 |
4:5 |
7 |
4. |
Serbiya |
4 |
1 |
1 |
2 |
6:6 |
1 |
5. |
Ermənistan |
4 |
0 |
1 |
3 |
3:6 |
1 |