Ötən gün milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin V turunun qarşılaşmalarının ardından yığmalar yoxlama matçlarında qüvvəsini sınayıb.
Günün ən maraqlı oyunları Avropada baş tutub. 5 il əvvəl dünya çempionatının finalında üz-üzə gələn İspaniya ilə Hollandiya yenidən qarşılaşıb. Görüşdə “Zambaqlar ölkəsi” 2:0 hesabı ilə qalib gəlib.
Seçmə mərhələdə Azərbaycan yığmasının rəqibi olan İtaliya isə İngiltərə ilə görüşdə qüvvəsini sınayıb. Hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb” – 1:1.
Qonşu Türkiyə millisi isə Lüksemburqla səfər matçında gücünü yoxlayıb. “Ay-ulduzlar” 1:2 hesablı qələyə sevinib.
Vaxtilə eyni ölkəni təmsil edən komandaların duelləri də diqqət çəkib. Rusiya Qazaxıstanla (0:0), Ukrayna Latviya (1:1) ilə bərabərə qalıb. Slovakiya isə Çexiyanı üstələyib – 1:0.
Yoldaşlıq oyunları
Yaponiya – Özbəkistan - 5:1
Cənubi Koreya – Yeni Zelandiya - 1:0
Sinqapur - Quam - 2:2
Çin – Tunis - 1:1
Lixtenşteyn – San-Marino - 1:0
Estoniya – İslandiya - 1:1
İsveçrə - ABŞ - 1:1
Rusiya - Qazaxıstan - 0:0
İsveç - İran - 3:1
Ukrayna - Latviya - 1:1
Lüksemburq – Türkiyə - 1:2
Avstriya – Bosniya və Herseqovina - 1:1
Slovakiya – Çexiya - 1:0
İtaliya – İngiltərə - 1:1
Hollandiya – İspaniya - 2:0
Portuqaliya – Kabo Verdea - 0:2