Bu həftə İtaliya A seriyasında XXXI turun oyunları baş tutub. Apasport. az saytının məlumatına görə, liderlər qrupunda ilk sıralarda yer alan “Yuventus” Romanın “Latsio” klubunu qəbul edib.
Turin klubu paytaxt təmsilçisini üstələyərək, rəqibinin son oyunlarda ard-arda düzdüyü qələbələrə son qoyub. Əslində, romalıların bu oyunda kifayət qədər çətinlik çəkəcəyi gözlənilən idi. Çünki “Latsio” turinlilərlə mübarizədə meydanı çox vaxt başıaşağı tərk edir.
Ötən həftə ikinciliyi əldən verən digər paytaxt klubu “Roma” yenidən öz oyununu tapa bilməyib. Belə ki, "Atalanta" ilə matçda qalibiyyət əldən verilib. İtaliyanı Avroliqada uğurla təmsil edən “Fiorentina” isə gözlənilmədən “Verona” ilə qarşılaşmanın uduzan tərəfi olub.
Bu turda Milan derbisi baş tutdu. Lakin son zamanların iki iddiasız görünən klubu öz aralarında da qalibi müəyyənləşdirə bilmədi. Milan derbisində azarkeşlər qolsuz heç-heçənin şahidlik etdi.
İtalia A seriyası
XXXI tur
18 aprel
“Sampdoriya” – “Çezena” - 0:0
“Yuventus” – “Latsio” - 2:0
Qollar: Karlos Tevez, 17; Leonardo Bonuççi, 28
19 aprel
“Sassuolo” – “Torino” - 1:1
Qollar: Dominiko Berardi, 45 (pen.) - Fabio Kvalyarella, 59 (pen.)
“Kyevo” – “Udineze” - 1:1
Qollar: Sejio Pellisiyer, 39 - B.Sezar, 72 (avtoqol)
"Empoli” – “Parma” - 2:2
Qollar: Massimo Makkarone, 32; L.Tonelli, 45 - Françesko Lodi, 19; İ. Belfodil, 73
"Palermo” – “Cenoa” - 2:1
Qollar: İvaylo Çoçev, 9; 30 - Falke, 52
“Roma” – “Atalanta” - 1:1
Qollar: Totti, 3 (pen.) - German Denis, 23
“Kalyari” – “Napoli” - 0:3
Qollar: Kalyexon, 24; Antonio Balzano, 45; Qabbiadini, 59
“İnter” – “Milan” - 0:0
20 aprel
“Fiorentina” – “Verona” - 0:1
Qol: Munir Obbadi, 90
1. |
Yuventus |
31 |
22 |
7 |
2 |
59:15 |
73 |
2. |
Latsio |
31 |
18 |
4 |
9 |
58:30 |
58 |
3. |
Roma |
31 |
15 |
13 |
3 |
42:23 |
58 |
4. |
Napoli |
31 |
15 |
8 |
8 |
53:37 |
53 |
5. |
Sampdoriya |
31 |
12 |
14 |
5 |
38:31 |
50 |
6. |
Fiorentina |
31 | 13 | 10 | 8 | 43:35 | 49 |
7. |
Cenoa |
31 |
11 |
11 |
9 |
43:36 |
44 |
8. |
Torino |
31 |
11 |
11 |
9 |
36:33 |
44 |
9. |
Milan |
31 |
10 |
13 |
8 |
44:37 |
43 |
10. |
İnter |
31 |
10 |
12 |
9 |
46:37 |
42 |
11. |
Palermo |
31 |
10 |
11 |
10 |
44:45 |
41 |
12. |
Sassuolo |
31 |
8 |
12 |
11 |
37:46 |
36 |
13. |
Kyevo |
31 |
9 |
9 |
13 |
23:32 |
36 |
14. |
Verona |
31 |
9 |
9 |
13 |
37:54 |
36 |
15. |
Udineze |
31 |
8 |
11 |
12 |
34:42 |
35 |
16. |
Empoli |
31 |
6 |
16 |
9 |
32:38 |
34 |
17. |
Atalanta |
31 |
6 |
12 |
13 |
27:42 |
30 |
18. |
Çezena |
31 |
4 |
11 |
16 |
28:53 |
23 |
19. |
Kalyari |
31 |
4 |
9 |
18 |
35:61 |
21 |
20. |
Parma |
31 |
5 |
5 |
21 |
26:58 |
13 |