Yığmamız beynəlxalq turnirə yollanacaq
22.05.2015 - 12:47
17 yaşadək futbolçulardan ibarət milli komandamız beynəlxalq turnirə qatılacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız bu məqsədlə gələn ay Qazaxıstana gedəcək.
Baş məşqçi Təbriz Həsənov bundan əvvəl komandanı Gürcüstana aparacaq. İyunun 8-dən 20-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək U-17 ordan Qazaxıstana yollanacaq. Ayın 21-27-si aralığında isə yığmamız Astanada təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.
Təbriz Həsənov turnirə aparacağı heyəti hələ açıqlamayıb.
0
0