Martinesin transfer qiyməti açıqlandı
23.05.2015 - 13:48
“Porto” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Cekson Martinesin transfer qiymətini açıqlayıb. Apasport.az saytı xəbər verir ki, “əjdahalar” kolumbiyalı hücumçu ilə ayrılmağın əleyhinə deyillər.
Ancaq bunun üçün Martinesi almaq istəyən klub minimum 35 milyon avrosundan keçməlidi. Əks təqdirdə, “Porto” 29 yaşlı forvardı satmayacaq.
Martineslə başda “Roma” olmaqla, bir neçə klub yaxından maraqlanır.
2012-ci ildən “Portu”da çıxış edən Martines 2009-cu ildən Kolumbiya yığmasının formasını geyinir.
0
0