Topaz Premyer Liqasında 2014/15 mövsümünün ən intizamsız futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 3 futbolçu mövsüm ərzində 2 dəfə meydandan qovulub.
Bunlar “Bakı”nın üzvləri Elşad Manafovla Vüqar Bəybalayev, həmçinin “Neftçi”nin üzvü Karlos Kardosodu. Digər iki oyunçudan fərqli sonuncu 1 dəfə birbaşa qırmızı vərəqə alıb. Bu 3 futbolçunun digər qırmızı vərəqələri 2-ci sarı vərəqə üzündən olub.
Lakin Kardoso mövsümün ən intizamsız oyunçusu sayılır. Çünki 1 dəfə birbaşa, 1 dəfə iki sarı vərəqə üzündən meydan qovulan braziliyalı daha 9 qarşılaşmada xəbərdarlıqla cəzalanıb.
Cəmi 1 qırmızı vərəqə alanlar arasında Alfred Sankonun intizamsızlığı diqqət çəkir. “Xəzər Lənkəran”ın legioneri 2 sarı vərəqəyə görə meydandan qovulduğu qarşılaşmadan başqa, 10 matçda xəbərdarlıq alıb.
İki futbolçu Kardoso və Sanko ilə müqayisədə daha çox – 12 oyunda vərəqə alıb. “Neftçi”nin futbolçusu Erik Ramos və “Qəbələ”li Ruslan Abışovunu bu görüşlərdəki vərəqlərinin hamısı sarı olub.