Bakı-2015: Danilov final mərhələsində 8-ci oldu - YENİLƏNİB
21.06.2015 - 20:45
Bakı-2015: Danilov final mərhələsində 8-ci oldu - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarının suyatullanma yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, kişilər platformada, qadınlar 3 metrlik tramplində mükafatçıları müəyyənləşdirib.

 

Hər iki yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparıb. Qadınların yarışında Olqa Bıkovskaya çıxış edib. Platformada 11-ci, 1 metrlik tramplində 27-ci olan idmançımız bu dəfə də uğursuz nəticə göstərib. 328,15 xal yığan təmsilçimiz 28 iştirakçı arasında 26-cı olub. Final mərhələsinə yüksələn 12 idmançı arasına düşə bilməyən Olqa Avropa Oyunlarında çıxışlarını başa vurub.

 

Kişilərin mübarizəsində isə Artyom Danilov çıxış edib. 1 metrlik tramplində 8-ci, 3 metrlik tramplində 17-ci olan təmsilçimiz platformada qüvvəsini sınayıb. 10 cəhdin yekununda 407,45 xal yığan idmançımız təsnifat mərhələsində 10-cu olub. Bununla da final mərhələsinə yüksəlib. Həlledici yarışda 420,25 xal toplayan Danilov 8-ci yeri tutub.

 

Yarışın qalibi adına isə böyük britaniyalı Metyu Li yiyələnib – 528,25. Rusiyalı Nikita Şleyxer 556,55, fransalı Aleks Kandard 526,20 xalla mükafatçılar sırasına düşüb.