Bakı-2015 I Avropa Oyunlarında 3x3 basketbol yarışları üzrə 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan yığmaları növbəti mərhələyə vəsiqə uğrunda oyuna çıxıblar.
Kişi basketbolçulardan ibarət yığmamız 1/8 final matçında İsraillə üz-üzə gəlib. İsraili 5 top fərqi ilə məğlub edən seçməmiz 1/4 finalda İspaniyaya rəqib olub.
Qadınlardan ibarət komandamız isə Litva ilə qarşılaşıb. Komandamız güclü rəqibi üzərində inamlı qələbə qazanaraq, adını 1/4 finala yazdırıb. Qadınların da bu mərhələdəki rəqibi İspaniya olacaq.
Ancaq 1/4 finalda həm kişilər, həm də qadınlar İspaniyalı həmkarları ilə dueldən məğlub ayrılıblar. Bununla da komandalarımız yarımfinala yüksəlmək şansını əldən verib və mübarizəni dayandırıblar.
Sabah kişilər arasında yarışın yarımfinal mərhələsində Sloveniya - Rusiya, Serbiya - İspaniya, qadınların mübarizəsində isə Sloveniya - Ukrayna və İspaniya - Rusiya qarşılaşmaları oynanılacaq.
25 iyun
3x3 basketbol
Kişilər
1/8 final
Sloveniya – İsveçrə - 16:14
Yunanıstan – Belçika - 21:12
Rusiya – Estoniya - 19:18
Çexiya – Rumıniya - 18:16
Serbiya – Türkiyə - 21:13
Litva – Andorra - 19:14
Azərbaycan – İsrail - 19:14
İspaniya - İtaliya - 22:20
1/4 final
Sloveniya - Yunanıstan - 18:17
Rusiya - Çexiya - 21:18
Serbiya - Litva - 17:11
Azərbaycan - İspaniya - 14:17
Qadınlar
1/8 final
İsveçrə - İsrail - 14:7
Sloveniya – Belçika - 14:11
Ukrayna – Slovakiya - 16:8
Rumıniya – Yunanıstan - 6:15
İspaniya – Türkiyə - 11:5
Azərbaycan – Litva - 17:10
Rusiya – Hollandiya - 20:12
Çexiya - İrlandiya - 13:17
1/4 final
İsveçrə - Sloveniya - 11:17
Ukrayna - Yunanıstan - 21:19
İspaniya - Azərbaycan - 19:17
Rusiya - İrlandiya - 21:15