“Nə qədər qol vursam da, mənim üçün azdı”
30.09.2015 - 12:26
“Nə qədər qol vursam da, mənim üçün azdı”

“Sevinirəm, çünki bu görüşdə də hesabıma qollar yazdırmağı bacardım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bavariya”nın hücumçusu Robert Levandovski deyib.

 

UEFA Çempionlar Liqasında dünən Zaqreb “Dinamo”su ilə qarşılaşan Münhen təmsilçisi 5:0 hesablı qələbə qazanıb. Almanların 3 qoluna komandanın “qol maşını” Levandovski imza atıb.

 

Matçdan sonra UEFA-nın rəsmi saytına açıqlama verən polşalı futbolçu maraqlı fikirlər səsləndirib. 8 gün ərzində keçirilmiş 3 oyunda 10 dəfə fərqlənən Levandovski qoldan “doymadığını” bildirib: “Oyunun son 15 dəqiqəsində yenə qol vurmaq üçün şansım oldu. Məhsuldarlığımı şişirtmək lazım deyil. Onsuz da, nə qədər qol vursam da, mənim üçün azdı. Növbəti oyunlarda da bu tempdə davam etmək istəyirəm”.