UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
E qrupunda növbəti mərhələyə çıxmaq şanslarını az da olsa saxlayan “Bayer” autsayder BATE ilə bacarmayıb. Lider “Barselona” isə “Roma”nı darmadağın edərək sona bir tur qalmış növbəti mərhələyə çıxmağı dəqiqləşdirib.
F qrupunun iki eyni xala malik komandası “Bavariya” ilə “Olimpiakos”un qarşılaşmasında münhenlilər yunanları 4 qola "qonaq edib". Bu, Qvardiolanın yetirmələrinə növbəti tura çıxmaq üçün kifayət edib. “Arsenal” isə 3 xala malik digər komanda Zaqreb “Dinamo”sunu 3 dəfə cəzalandırıb.
G qrupunda bu oyuna qədər birinci yerdə qərarlaşmış “Portu” Kiyev “Dinamo”suna uduzub. “Çelsi” isə autsayder “Makkabi”nin qonağı olub. Londonlular özlərini qonaq kimi aparmayaraq, ev sahiblərinə 4 cavabsız qol vurublar.
H qrupunda lider “Zenit” “Valensiya”nı udaraq 5/5 edib və artıq finallar haqqında düşünə bilər. Autsayder "Lion” isə “Gent”ə uduzub.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
V tur
24 noyabr
E qrupu
BATE (Belarus) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:1
Qollar: Qordeyçuk, 2 - Mehmedi, 68
"Barselona" (İspaniya) - "Roma" (İtaliya) - 6:1
Qollar: Suares, 15, 44, Messi, 18, 60, Pike, 56, Korrea, 77 - Ceko, 90+1
1. |
Barselona |
5 |
4 |
1 |
0 |
14:3 |
13 |
2. |
Bayer |
5 |
1 |
2 |
2 |
12:11 |
5 |
3. |
Roma |
5 |
1 |
2 |
2 |
11:16 |
5 |
4. |
BATE |
5 |
1 |
1 |
3 |
5:12 |
4 |
F qrupu
"Bavariya" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) - 4:0
Qollar: Duqlas Kosta, 8, Levandovski, 16, Müller, 20, Koman, 70
"Arsenal" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0
Qollar: Özil, 29, Sançez, 33, 69
1. |
Bavariya |
5 |
4 |
0 |
1 |
17:3 |
12 |
2. |
Olimpiakos |
5 |
3 |
0 |
2 |
6:10 |
9 |
3. |
Arsenal |
5 |
2 |
0 |
3 |
9:10 |
6 |
4. |
Dinamo Zaqreb |
5 |
1 |
0 |
4 |
3:12 |
3 |
G qrupu
"Makkabi" (Təl-Əviv, İsrail) - "Çelsi" (İngiltərə) - 0:4
Qollar: Keyhil, 21, Villian, 73, Oskar, 77, Baba, 90+1
"Portu" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2
Qollar: Yarmalenko, 35, Qonzalez, 64
1. |
Çelsi |
5 |
3 |
1 |
1 |
11:3 |
10 |
2. |
Portu |
5 |
3 |
1 |
1 |
9:6 |
10 |
3. |
Dinamo Kiyev |
5 |
2 |
2 |
1 |
7:4 |
8 |
4. |
Makkabi |
5 |
0 |
0 |
5 |
1:15 |
0 |
H qrupu
"Zenit" (Rusiya) - "Valensiya" (İspaniya) - 2:0
Qollar: Şatov, 15, Dzyuba, 73
"Lion" (Fransa) - "Gent" (Belçika) - 1:2
Qollar: Ferri, 7 - Miliçeviç, 32, Kulibali, 90+4
1. |
Zenit |
5 |
5 |
0 |
0 |
12:4 |
15 |
2. |
Gent |
5 |
2 |
1 |
2 |
6:6 |
7 |
3. |
Valensiya |
5 |
2 |
0 |
3 |
5:7 |
6 |
4. |
Lion |
5 |
0 |
1 |
4 |
3:9 |
1 |